Yuxarı

Ölüm klinikasının rəhbəri istintaqdan qaçır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölüm klinikasının rəhbəri istintaqdan qaçır

Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı iyulun 9-da Yasamal Rayon Məhkəməsində maddi təzminat iddiası ilə bağlı çıxarılan qərar istintaqın gedişinə təsir edə bilər.

Bunu Axar.az-a məsələ ilə bağlı açıqlama verərkən hüquqşünas Səməd Vəkilov deyib.

Onun sözlərinə görə, bu qətnamədən sonra ölüm faktının baş verdiyi "Medi Sina" klinikasının və onun rəhbərliyinin məsuliyyətdən kənarda qalması artıq mümkün olmayacaq.

"Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində preyudisiya anlayışı nəzərdə tutulur. Preyudisiyalılıq cinayət işi üzrə qəbul edilmiş hökm və ya mülki iş üzrə məhkəmə qərarlarının digər məhkəmə üçün məcburiliyi deməkdir. Yasamal Rayon Məhkəməsinin hakimi Mətanət Qasımovanın sədrliyi ilə keçirilən məhkəmədə zərərin ödənilməsinə dair qəbul edilən qətnamə də bu sıraya aiddir. Cinayət prosessual qanunvericiliyinə əsasən, mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir".

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, Elnarə Tofiqqızının ölümünə səbəbə olmuş "Medi Sina" klinikasına 6 min manat və əməliyyatda iştirak etmiş anestozoloq Firuz İbrahimova 4 min manat məbləğində zərərin ödənilməsinə dair qətnamə qəbul edilib.

Klinikanın rəhbəri Müğdət Həşimov hələ də istintaqdan yayınır.

Xatırladaq ki, 2013-cü il sentyabrın 20-də Elnarə Tofiqqızı "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişib. Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğunda istintaq aparılır.

Tarix
2014.08.05 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla