Yuxarı

Azərbaycan kişiləri ölümü bu əməliyyatdan üstün tutur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda, Türkiyədə ət yeməkləri, unlu məmulatlar, yağlı, qızartma yeməklər çox qəbul edildiyindən bu ölkələrin kişilərinin prostat xərçənginə tutulma riski yüksəkdir.

Axar.az xəbər verir ki, bu sözləri cərrah Orxan Tanrıverdi Medicina.az saytına uroloji və xərçəng xəstəlikləri ilə bağlı verdiyi geniş müsahibədə bildirib.

Uroloq bildirib ki, çox protein qəbul edən toplumlarda prostat şişi və xərçəngi yaranması riski artır.

Həkimin sözlərinə görə, kişilərdə uroloji şişlərin yaranma səbəblərindən biri də siqaretdir:

“Uroloji problemlər və sidik kisəsi xərçəngində ən birinci səbəb – siqaret çəkməkdir. Bu xəstəlik 65 faiz siqaret çəkən insanlarda yaranır. Prostatın böyüməsi ilə prostat xərçəngini qarışdırmamaq lazımdır. Hər ölçüsü böyümüş prostat xərçəng hesab olunmur”.

O.Tanrıverdi bildirib ki, xərçəng şişi olan kişilər bu xəstəlikdən əziyyət çəkməyə, ölməyə razı olurlar, ancaq xərçəng şişi yaranmış xayalıqların alınmasına razı olmurlar:

“Bu xəstəliyin bir özəlliyi var: 90% müalicəyə tabe olur, tam sağalır. Əgər xayanın birində şiş varsa, əməliyyatla tam alınır, patoloji analizin nəticəsinə görə xəstəyə ya radioterapiya, ya da kimyaterapiya təyin olunur. Bu xərçəngdə vücuda metastaz olsa belə, 100-də 95 faiz 10 illik yaşama şansı verir. Əgər metastaz verməyibsə, 100% sağalma olur.

Bir xayası qalırsa, normal kişi kimi cinsi problemi olmur. Əgər hər iki xaya götürülürsə, ona hormon terapiya olunur, insan xarici quruluşca kişi kimi formalaşır, cinsi həyatı olur, sadəcə ata ola bilmir.

Lakin kişilər bu riski gözə almır. Ölməyi üstün tuturlar, lakin xayaların əməliyyat olunub alınmasına razı olmurlar.

Kişilər üçün prostat sıradan bir orqan deyil, onun həyatında mühüm rolu, özəllikləri var.

Sidik kisəsi xərçəngi olan xəstəm bu təklifdən imtina etdi. 55 yaşlı kişi idi. Dedi, belə yaşamaqdansa, ölsəm yaxşıdır. Və biz onu itirdik. Kişilər öz kişilik sevgisini həyatdan üstün tuturlar. Bunlar cahillikdən yaranır. Həkimin işi həyat qurtarmaqdır. Sonradan başqa problemləri həll etmək olar, amma cinsi funksiyaları həyatdan üstün tutmaq müasir insana yaraşmaz”.

Tarix
2018.03.13 / 10:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla