Yuxarı

Adi kələmin ürək üçün inanılmaz faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kələm ən faydalı tərəvəzlərdən biridir. Bağırsaqları əla təmizləyən, xərçəngin riskini azaldan bu ucuz tərəvəzin yeni faydası üzə çıxıb.

Belə ki, Avstraliya alimlərinin son araşdırmaları göstərib ki, kələmin müntəzəm istehlakı ürək-damar sistemi üçün çox faydalıdır.

Saglamolun.az xəbər verir ki, insan yaşlaşdıqca damarlar zəifləyir, qalınlaşır, kövrək olur və nəticədə onların yırtılması riski artır ki, bu da insult və infarkta səbəb olur.

Alimlər sübut edir ki, kələm damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, damarların iltihablaşmasını azaldır.

Alimlər yaşı 70-dən çox olan 1000 qadının ürək-damar sistemini müayinə etdikdən sonra belə qərara gəlib ki, qidalanmaya tez-tez kələm daxil edən qadınların damarları daha sağlam və cavan idi.

Bunları nəzərə alaraq alimlər hər gün kələm yeməyi tövsiyə edirlər. Söhbət kələmin istənilən növlərindən (ağ kələm, qırmızı kələm, gül kələmi, brüssel kələmi, kolrabi və s.) gedir. Kələmi həm çiy halda yemək, həm də kələmdən müxtəlif yeməklər bişirmək olar.

Tarix
2018.04.17 / 02:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla