Yuxarı

Stresdən qurtulmağın ən mükəmməl yolu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stresdən qurtulmağın ən mükəmməl yolu

İngilis alimləri müəyyən ediblər ki, mütaliə prosesində insan stresli situasiyaları çox tez və effektiv şəkildə dəf edə bilir. Belə ki, bir sıra faktlara əsasən deyə bilərik ki, mütaliə stressi aradan qaldırmağın digər üsul və vasitələrindən daha təsirlidir.

Axar.az bildirir ki, alimlərin könüllülər üzərində apardıqları eksperimentlər göstərir ki, hətta gündə cəmi iki səhifə oxumaq nəbzi normallaşdırır, əzələləri boşaldır, insanı üst-üstə yığılmış əsəbi gərginlikdən xilas edir. "Healthvesti" portalının bildirdiyinə görə, eksperiment iştirakçıları arasında stresin səviyyəsi bütövlükdə 68% aşağı düşüb.

Britaniya tədqiqatçıları onu da müəyyənləşdiriblər ki, streslə mübarizədə musiqi, video oyunlar, çay və kofe də müsbət təsir göstərir. Ancaq hətta bütün bu vasitələrin birlikdə təsirindən daha effektlisi isə mütaliədir.

Alimlər qeyd ediblər ki, insanın hansı kitabı oxumasının fərqi yoxdur, əsas odur ki, oxucu müəllifin yaratdığı aləmə daxil olsun və bunun detektiv və ya tarixi roman olmasının heç bir əhəmiyyət daşımır. Əsas odur ki, insan bəyəndiyini oxuyur və bu da onu ətraf aləmdən təcrid edərək stress yaradan amilləri aradan qaldırır.

Tarix
2014.08.16 / 00:46
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla