Yuxarı

Ürəyin sağlamlığını qoruyan qida

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ürəyin sağlamlığını qoruyan qida

Ekspertlər paxlalı bitkilərin ürək üçün faydalı olması qənaətindədirlər. Paxlalı bitkilərin tərkibində xeyli miqdarda zülal və sellüloz var.

Alimlər paxladan hazırlanan yeməklərin üstünlük təşkil etdiyi pəhrizin qanda xolesterinin azalmasına müsbət təsirini təsdiqləyirlər.

Axar.az bildirir ki, Kolorado Universitetinin (ABŞ) əməkdaşları piylənmədən əziyyət çəkən siçanların rasionuna lobya əlavə ediblər. Təcrübə ərzində gəmiricilərin çəkisi nəzərəçarpan dərəcədə azalıb. Bununla belə, üzərində təcrübə aparılan heyvanlarda lobya pəhrizi xolesterinin miqdarını aşağı salıb. Siçanların ürək-damar sisteminin ümumi vəziyyəti də xeyli yaxşılaşıb.

İkinci tədqiqatın gedişində alimlər paxlalı bitkilərin ikinci tip diabet xəstələrinə təsirini dəyərləndiriblər. Məlum olub ki, paxladan istifadə orqanizmi sərbəst radikalların zərərverici təsirlərindən qoruyur və lipidlərin qıcqırması ilə bağlı olan toxumaların zədələnməsini azaldır. Bu, ürəyin sağlamlığına müsbət təsir göstərir.

Tarix
2018.05.05 / 03:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla