Yuxarı

Aterosklerozun uğurlu müalicəsi: Stentə son – Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ürək-damar xəstəlikləri əhalinin ölüm səbəbləri arasında 1-ci yerdə durur. Orqanizmin ən mühüm orqanı olan ürək nasos kimi işləyərək durmadan qanı arteriya damarları vasitəsilə orqan və toxumalara qovur.

Axar.az xəbər verir ki, yaş artdıqca yanlış qidalanma, siqaret çəkmə, az hərəkətli həyat tərzi, səkərli diabet və s. bu kimi səbəblərdən arteriya damarlarında ateroskleroz adlanan xəstəlik inkişaf edir. Ateroskleroz zamanı damar divarı zədələnir, getdikcə sərtləşir, üzərində düyünlər əmələ gələrək damarı daraldır. Nəticədə orqanların qanla təchizatı pozulur, miokard infarktı və beyin insultu kimi ölümə və əlilliyə səbəb olan ağır xəstəliklər yaranır.

Son zamanlar damarlarda kəskin daralmalar zamanı stent qoyulmasından geniş istifadə olunur.

Stentləşmə - invaziv cərrahi müdaxilədir; bu zaman daralmış damara metal boru yeridilərək damar mənfəzi süni şəkildə genişləndirilir. Xəstənin həyatını xilas etmək üçün kəskin daralmalarda damara stent qoyulmalıdır. Lakin bilmək lazımdır ki, stent yalnız kəskin simptomları aradan qaldırır, damarların daralmasına səbəb olan aterosklerozu müalicə etmir. Stent qoyulan xəstə “statin” adlanan dərmanlarla yanaşı trombozu əngəlləyən, arterial təzyiqi salan, ürəyin işini azaldan və s. kimi xeyli sayda kimyəvi dərmanlar qəbul etmək məcburiyyətində qalır. Ateroskleroz prosesinin davam etməsi digər damarların da tutulmasına gətirib çıxarır və yenidən miokard infarktı riskinə, beyin insultunun təkrarlanmasına, yeni damarlara stent qoyulmasına səbəb olur. Buna görə də, stentin qoyulması ilə yanaşı mütləq ateroskleroz müalicə olunub aradan qaldırılmalıdır.

Bu sahədə Bioloji Təbabət klinikasının həkimləri Almaniya və İsveçrəli həkim həmkarlarının təcrübəsindən, onların tətbiq etdiyi müalicə üsullarından yararlanaraq, aterosklerozun müalicəsində uğurlar əldə ediblər. Bioloji Tənzimləyici Təbabət üsulları ilə aparılan müalicələrin sonunda damarların divarındakı aterosklerotik düyünlər getdikcə kiçilərək sorulur, damar divarı yenilənir, daralmalar tədricən aradan qalxır. Nəticədə yenidən stent qoyulmasına ehtiyac olmur, miokard infarktı və beyin insultu riskini azalır.

Aterosklerozun aradan qaldırılmasına metabolik, immunoloji pozulmaların tənzimlənməsi, mikrosirkulyasiya və qanın reoloji xüsusiyyətlərinin yaxşılaşdırlması, sistemli iltihabın aradan qaldırılması ilə nail olunur.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89

Tarix
2018.06.05 / 16:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla