Yuxarı

Azərbaycanda qeyri-adi tapıntı: qədim insanda... - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərgizava nekropolunda aparılan arxeoloji tədqiqatlar yeni faktlar ortaya çıxarıb. 2, 3 və 4-cü əsrlərə aid qədim insanlarda xərçəng xəstəliyi aşkarlanıb.

Axar.az ARB TV-yə istinadən xəbər verir ki, Ağsunun Gəgəli kəndindəki Nərgizava nekropolunda, 70 kvadratmetr ərazidə aparılan yeni arxeoloji kəşfiyyat qazıntısı zamanı xərçəng xəstəliyinin izinə rast gəlinib.

Antropoloq Vüsal Həsənov bildirib ki, sümüklərdə xəstəliklərin izləri aşkar olunub:

“Məsələn, bir insana aid bud sümüyündə ostisakoma deyilən sümük xərçəngi aşkar olunub. Biz demək olar ki, bu materialları həm insanlara, həm də heyvanlara aid skelet materialları Arxelogiya və Etnoqrafiya İnsitutunun laboratoriyasına götürəcəyik”.

Gəgəli kənd sakini Sahib Mirzəyevin həyətyanı sahəsində yerin 40 sm dərinliyindən başlayaraq çıxan qarışıq materiallar və insan skeletləri əraziyə yaxın yerdə qədim insan məskəninin olduğu ehtimalına da əsas verir.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə hesab edir ki, yaşayış yeri bu qəbiristanlıqdan nisbətən cənub ərazidədir. Yaşayış yerinin aşkar olunması Nərgizava abidəsinin əhəmiyyətinin artıracaq.

Akademik Vəli Əliyevin sözlərinə görə, Nekropola yaxın bir yerdə hardasa yaşayış yeri tapılmalıdır. Və onda bu dəyərli abidə Azərbaycan tarixinə, Şirvan tarixinə yeni səhifələr yazmağa imkan verəcək.

Tarixçi alimlərin sözlərinə görə, Nərgizavada arxeoloji tədqiqatlar davam etdirildikcə, başqa sirlər də üzə çıxacaq.

Tarix
2018.06.08 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla