Yuxarı

Ramazan ayından sonra necə qidalanmaq lazımdır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan ayı boyunca oruc tutan insanın mədəsi az qidaya, susuzluğa öyrəşir. Bəs görəsən orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlarla üzləşə bilər? Əvvəlki vərdişə qayıtmaq üçün nələr edilməlidir?

Axar.az xəbər verir ki, aclığa və susuzluğa öyrəşmiş mədədə orucluqdan sonra hər hansı problemin yaşanmaması üçün hər kəs qidalanmasına diqqət yetirməlidir. Çünki Ramazan ayında gün ərzində cəmi iki dəfə qıdalandığımız üçün arada 16-17 saatlıq bir zaman dönəmində orqanizm qoruma mexanizmində çalışır. Maddələr mübadiləsi, metobalizma zəifləyir.

Dietoloqlar bildirir ki, oruc tutan şəxslər Ramazanda iki dəfə qidalanırdılarsa, bunu 5-6 yerə bölməlidirlər. Yəni az-az, tez-tez qidalanmaq məsləhətdir.

Ara zamanlarda mütləq süd məhsulları qəbul edilməldir - qatıq, ayran, meyvə, az miqdarda çərəz. Bol kərə yağında bişən yeməklərdən uzaq durmaq lazımdır. Qidaların bişirilmə yöntəmi önəmlidir. Yeməklər daha çox buğlama, soyutma tipli olsa, daha məqsədəuyğundur.

Orucluqdan sonra fiziki aktivliyə xüsusi diqqət yetirmək məsləhətdir. İftar gec saatlarda olduğuna görə, faktiki olaraq bədən hərəkətsiz qalır. Buna görə hər gün 30-45 dəqiqə arası yürüşlər, rəqs və yaxud üzgüçülüklə məşğul olmaq lazımdır.

Yay ayı olduğunu nəzərə alıb, bol su qəbulu məsləhətdir. Ramazan ayında bəzi insanlar var ki, imsak vaxtı yuxudan durmayıb, ancaq iftarla kifayətləniblər. Bu vaxt bədəndə su qıtlığı yaranır. Gündə yeməkdən yarım saat öncə və yarım saat sonra olmaq şərti ilə 8-10 stəkan su içmək lazımdır.

Tarix
2018.06.16 / 11:24
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla