Yuxarı

Uşaqlarda bu xəstəlik qorxudan yaranır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dünyanın bəlalarından olan leykemiya xəstəliyi uşaqlarda möhkəm qorxu, stress keçirdikdən sonra əmələ gəlir. Qorxu və stressdən zəifləyən uşağın bu bəlaya düçar olma riski yüksəkdir. Digər səbəblər isə qida və genetik amillərdir.

Axar.az xəbər verir ki, bu sözləri leykemiyalı uşaqlara dəstək göstərən "Leykemiya ilə mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırova "Medicina.az" saytına verdiyi müsahibəsində bildirib. Bir leykemiyalı xəstənin müalicəsi üçün tələb olunan vəsaitdən danışan M.Bağırova bildirib ki, bir çox ailə imkanı olmadığı üçün müalicəni yarımçıq qoyur və uşağın ölümünə səbəb olur:

"Leykemiyanın müxtəlif növləri var, müalicələr də fərqlidir. Elə növü var ki, kimyəvi dərmanlarla fəsadsız müalicə olunur. Elə dərman var, 1000, eləsi var, 30.000 manatdır. Leykemiyalı uşaqlara çox dərman lazım olur. Hardasa aya 3000 manat xərclənir. Trombokütlə lazım olanda isə 6000 manata kimi qalxır. Bu, ən minimumdur. Ağır variantlarda 100-200 min manat tələb oluna bilər. Dövlət proqramı xəstəni kimyəvi preparatlarla təmin edir, amma kimyaterapiyadan sonrakı fəsadlar üçün daha çox dərman lazımdır. Olur ki, ailənin pulu tükənir, müalicəni yarımçıq qoyur, uşağı da Allahın ümidinə buraxır. Biz məhz belə ailələrin yanında oluruq. Çoxunu yenidən geri qaytarıb, müalicəyə davam etdirmişik, uşaqların adına hesab açmışıq".

Həkim bildirib ki, müalicə üsulları həddən artıq baha olduğuna görə, uşağının müalicəsini yarımçıq qoyan valideynləri qınamaq mümkün deyil:

"Çox vaxt olub ki, ana yalandan deyib uşağı aparırıq xaricə, amma qaytarıb rayona, evdə saxlayıb. Rayonda da uşaq vəfat edib. Belə hallarla, təəssüf ki, üzləşirik. Heç kimi də qınaya bilmirik. Biz də, ailə də əlindən gələni edir çox vaxt, ancaq bəzən olur ki, həddən artıq vəsait tələb olunur və insan bunun qarşısında aciz qalır".

Tarix
2018.06.16 / 22:24
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla