Yuxarı

Diqqət: uşaqları günvurmadan belə qoruyun

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havaların kəskin istiləşməsi böyüklərdən çox, uşaqların səhhətinə mənfi təsir göstərir. Uşaqlar küçədə oynamağa həvəsli olduqlarına görə onların günəşin təsirinə daha çox məruz qaldıqlarını deyə bilərik.

Bəs uşaqları belə isti havalarda günvurmadan necə qoruyaq?

Axar.az xəbər verir ki, günəşli havaları nəzərə alaraq valideynlər uşaqları səhər saat 11-dən 17:00-dək küçəyə buraxmamalıdırlar. Əgər balacaları çölə çıxarmaq məcburiyyətində qalsalar, mütləq uşağın başına papaq qoymalı və ya çətir tutmalıdırlar. Bundan başqa, əyinə yapışmayan, sintetik olmayan geyimlərə üstünlük verilməsi tövsiyə olunur.

Uşaqlara bol maye, ayran, faydalı qidalar verilməlidir. Mütəxəssislərin fikrincə, belə isti günlərdə uşaqlara davamlı olaraq çay və şirin çay verilməsi düzgün deyil. Bunun əvəzinə adi su vermək lazımdır.

Uşaqları istidən qorumağın ən gözəl yollarından biri də onları gün ərzində tez-tez çimizdirməkdir. Gündə 2 dəfə günün isti saatlarında çimizdirmək daha məsləhətdir.

Belə havalarda uşaqlara yağlı və ağır qidalar vermək doğru deyil. Uşaqlar yüngül qidalanmalı, bol vitaminli, asan həzm olunan yeməklər yeməlidir.

Əgər uşağınızda qusma, başağrısı, hərarətin yüksəlməsi, halsızlıq, süstləşmə, iştahasızlıq müşahidə etmisinizsə, bu, günvurmanın əlamətlərdir. İlk yardım üçün uşağa duş aldırmaq, sərin yerə aparmaq və simptomlara görə qızdırma varsa, qızdırmanı düşürmək lazımdır, belə hallarda təcili yardım çağırmaq mütləqdir.

İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etmək lazımdır ki, bayırdan evə girərkən havanın temperaturu birdən-birə aşağı düşdüyü üçün orqanizmə pis təsir etməsin. Evdə temperatur 24-25-dən aşağı olmamalıdır.

Tarix
2018.07.07 / 18:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla