Yuxarı

Ötən il Rusiyada 20 min adam QİÇS-dən ölüb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən il Rusiyada 20 min adam QİÇS-dən ölüb

Rusiya QİÇS Araşdırma Mərkəzinin açıqladığı məlumata görə 2012-ci ildə Rusiyada 20 min adam QİÇS-dən ölüb.

Mərkəzin araşdırmasına görə, ölkədə HİV virusu daşıyan 780 minə yaxın adam var.

"Axar.az" xəbər verir ki, mövzuyla əlaqədar mətbuat konfransı keçirən QİÇS Araşdırma Mərkəzinin rəhbəri Vadim Pakrovski 2013-cü ilin ilk 8 ayında 58 min adamda HİV virusu aşkarlandığını açıqlayıb. İlin sonuna qədər bu rəqəmin 70 minə çatacağından narahatlıq keçirdiklərini bildirən Pakrovski, "Dünyada HİV virusu daşıyıcılarının və ölənlərin sayında azalma müşahidə edilərkən, Rusiyada vəziyyət tam tərsinədir",- deyə vurğulayıb.

Digər tərəfdən "Rusiya İnsan Sağlamlığı və İstehlakçılara Nəzarət Təşkilatı"nın apardığı araşdırmaların nəticələrinə görə, son 26 ildə Moskvada HİV virusuna yoluxan adamların sayı 37 mindir. Virus daşıyıcılarının təxminən yarısı 15-39 yaş arası şəxslərdir.

Tarix
2013.11.30 / 00:21
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla