Yuxarı

Acı yeməklər isti havada ən ideal seçimdir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər isti havada orqanizmin sərinlənməsi, maddələr mübadiləsinin təxminən 20 faiz sürətlənməsi, qazanılan isti hesabına kalori sərfi və immun sisteminin möhkəmlənməsi üçün acı qidalar yeməyi məsləhət görürlər. Çili bibəri kimi acı ərzağın tərkibində kapsaitsin birləşməsi var.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, kapsaitsin ağız boşluğunda TRPV1 reseptorları ilə birləşir. Bu reseptorlar havanın hərarətinin təhlükəli dərəcədə yüksəlməsi barədə beyinə xəbərdarlıq siqnalları ötürür. Yəni bunlar kapsaitsinin meydana çıxması üçün nəzərdə tutulmayıb. Bu reseptorlar insanı yanğın təhlükəsindən qoruyur. Bədən acı birləşmə ilə təmasda olarkən avtomatik özünü soyutmağa başlayır: tərləyir, qanı üzdəki kapillyarlara qovur, gözləri sulandırır. Kapsaitsin dadbilmə reseptorlarına öz təsirini göstərə bilmir.

Xoşagəlməz hisslərə baxmayaraq, bəzi insanlar acı qidadan sonra hətta eyforiya yaşayırlar. Belə ki, kapsaitsin endorfinlərin (ağrıların qarşısını alır və xoşbəxtlik hissi əmələ gətirir) və dofaminin (insan beynindəki mükafat sisteminin fəaliyyəti üçün vacibdir) ayrılmasına şərait yaradır. Düzdür, vaxt ötdükcə insanın acı qidaya həssaslığı azalmağa başlayır.

Yeri gəlmişkən, kapsaitsin iştahanı azaltmağa qadirdir. Tədqiqatlar göstərir ki, naharda qəlyanaltıya acı sous əlavə olunan zaman könüllülər həmişəkindən təxminən 200 kalori daha az qida qəbul ediblər. Kapsaitsinin əsas mənbəyi sayılan acı bibərin tərkibində A və C vitaminləri var ki, bunlar da immunitetin möhkəmlənməsinə şərait yaradırlar. Acı ərzaqlar ibuprofendə olduğu kimi, mikrob və iltihabəleyhinə təsirə də malikdir.

Tarix
2018.08.12 / 01:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla