Yuxarı

Alimlərdən inqilabi üsul: Çox yemək və arıqlamaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günümüzdə bir sıra ölkələrdə piylənmə probleminin təhlükəli miqyas aldığını görən alimlər bu sindromun qarşısının alınması istiqamətində tədqiqatlar aparırlar. ABŞ-ın Yel Universitetinin əməkdaşları bu yaxınlarda yeni üsul kəşf ediblər.

Axar.az xəbər verir ki, qlaukoma xəstəliyinin müalicəsində istifadə olunan dərmanların tərkibindəki xüsusi maddəni qəbul etməklə piylənmənin qarşısını almaq mümkündür. Əzələlərdə aparılan eksperiment göstərib ki, bu maddə piylərin qana sorulmasına imkan vermir və onların orqanizmdən xaric olmasına kömək edir. Gələcəkdə tədqiqat müəllifləri insanlara kökəlmədən qidalanma yollarını öyrədəcəklər. Bu məqsədlə, ilk olaraq, çox yemək və kökəlməməyi təmin etmək üçün həmin möcüzəvi maddənin əsasında xüsusi qida əlavələrinin hazırlanması nəzərdə tutulur. Məlum olduğu kimi, piylənmə orqanizm üçün bir sıra fəsadlar yaradır. Belə ki, bu bəlaya düçar olanlar ürək-damar və həzm sistemləri xəstəliklərinə daha çox tutulurlar. Son tədqiqatlar göstərir ki, piy onkoloji şişlərin yaranması və inkişafı üçün əlverişli mühitdir.

Lakin ekspertlər bu cür kəşflərə əvvəlki kimi şübhə ilə yanaşırlar. Həkimlərin bir çoxu xatırladır ki, piylər sağlam orqanizmin inkişafına kömək edən zəruri komponentdir. Bu cür maddələrdən çox istifadə edilməsi orqanizmdə deqradasiyaya səbəb ola bilər.

Tarix
2018.08.12 / 00:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla