Yuxarı

Hansı idman növü insan ömrünü daha çox uzadır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər sübut ediblər ki, mütəmadi olaraq tennis oynayan insanların ömürləri təxminən 10 il uzanır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə tennis insan orqanizminə qaçış və velosipedə nisbətən daha çox fayda verir. Bunu təxminən 8600 könüllünün iştirak etdiyi tədqiqatlar sübut edib.

Araşdırmalardan məlum olub ki, tennis oynayanlar ümumiyyətlə idmanla məşğul olmayanlara nisbətən təxminən 9.7 il daha çox yaşayırlar. Badminton oynayan insanlarda bu göstərici 6.2, futbolçularda isə təxminən 5 ildir. Rəqib və ya ümumiyyətlə insanlarla təmas tələb etməyən idman növlərinin isə bir o qədər səmərəli olmadığı müəyyən edilib.

Velosiped sürmək orta hesabla insan ömrünü 3.7, üzgüçülük 3.4, qaçış isə 3.2 il uzadır.

Alimlər tennisin bu qədər yaxşı nəticə verməsinin səbəbini hələ müəyyən edə bilməyiblər. Lakin onların fikrincə burada sosial amil mühüm rol oynayır. Belə ki, komanda şəklində tennis və ona bənzər oyunlar bədənə ağırlıq vermək və ürək döyüntülərini artırmaqla yanaşı, digər insanlarla da əlaqə qurmağa şərait yaradır. Uzunömürlülük üçün isə kommunikasiya çox vacibdir.

Tarix
2018.09.07 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla