Yuxarı

Beyinin yaxşı işləməsi üçün bu ədviyyatdan istifadə edin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəncəfil əlavə olunmuş qidaların və zəncəfil çayının istehlakı beyinin aktivliyini artır və yaddaşı daha möhkəm edir.

Tailand alimləri yeni araşdırma zamanı sübut ediblər ki, zəncəfil beyinin əsas funksiyalarını xeyli yaxşılaşdırır.

Sağlamolun.az xəbər verir ki, araşdırmada 60 orta yaşlı qadın iştirak edib. Qadınlar 2 qrupa bölünüb. Zəncəfil ekstraktını qəbul edən qadınlarda yaddaşın yaxşılaşması qeyd olunub.

Alimlərin sözlərinə görə, zəncəfil beyinin qocalmasını ləngidir, beyin hüceyrələrini (neyronlar) qoruyur. Həmçinin zəncəfil baş ağrıları zamanı kömək edir.

Mütəxəssislər zəncəfili xüsusilə imtahanlara hazırlaşanlara və əqli fəaliyyəti ilə məşğul olanlara istehlak etməyi tövsiyə edirlər. Zəncəfili yeməklərə əlavə etmək və çay kimi dəmləmək olar.

Zəncəfilin bir çox digər faydalı xüsusiyyətləri də vardır:

- immun sistemini möhkəmləndirir

- həzm sisteminə müsbət təsir edir

- orqanizmdə iltihabları azaldır

- mikrob və virus əleyhinə təsirə malikdir

- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır

- arıqlamağa kömək edir.

Tarix
2018.11.07 / 01:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla