Yuxarı

“Həkimlər anamı xərəkdən yerə saldılar” – Anası ölən jurnalist

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın əməkdaşı, jurnalist Səadət Abbasovanın anası Abbasova Elmira Məcid qızının Biləcəri Dəmiryol Xəstəxanasında ilk tibbi müdaxilə zamanı vurulan iynədən dünyasını dəyişməsi ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Səadət Abbasovanın AzNews.az-a verdiyi məlumata görə, anası yıxıldığı zaman təkcə ayağı burxulmayıb, həm də başı əzilib. Ancaq aparıldığı dəmiryol xəstəxanasında həkimlər bunu bilməyib: "Biz özümüz də bu barədə bilmirdik. Anam dedi ki, yıxılanda ayağı dəyib. Ancaq bu gün yuyucu bizə bildirdi ki, anamın başında şiş olub. Deməli o, yıxıldığı zaman təkcə ayağı burxulmayıb, həm də başı dəyib. Hətta xəstəxanada olanda iki dəfə qusub da. Ancaq həkimlər buna diqqət yetirməyiblər. Məlumdur ki, baş zədə alanda qusma mümkündür. Ancaq həkimlər bu məqamı diqqətə almadılar və biz anamızı itirdik".

S.Abbasovanın sözlərinə görə, hətta anası travmatologiya şöbəsindən başqa şöbəyə aparılarkən xərəkdən də yerə salınıb: "Anam sağalacağına ümid edirdi. Hətta həkimlərə deyirdi ki, ayağına baxıb onu tez evə buraxsınlar, həkimlərə hörmət edəcək. Anamın başının zədələndiyini biz bilmirdik. Amma həkimlər buna diqqət yetirməli idilər ki, yıxılan adamda başqa zədələr də ola bilər. Hətta anam qusanda da onlar bunu diqqətə almadılar. Retgenə yalnız ayağı salındı".

S.Abbasova travmatologiya şöbəsinin Zakir adlı həkimindən şikayətçi olduqlarının bildirib: "Biz ancaq Zakir həkimdən şikayətçiyik. O laqeyd yanaşmasaydı, anamın həyatını qurtarmaq mümkün idi. Hətta Zakir həkim bacıma meyiti eskpertizaya göndərməmək üçün ərizə də yazdırıb. Bu ərizədən sonra bəlkə nəsə etmək mümkün deyil. Ancaq mən yenə də deyirəm ki, anamın ölümündə Zakir həkimdən şikayətçiyik. İctimaiyyətə də çatdırmaq istəyirik ki, heç kəsin yaxını belə vəziyyətə düşməsin".

Xatırladaq ki, Abbasova Elmira dekabrın 4-də ayağı burxulduğu üçün aparıldığı xəstəxanada sistem köçürülərkən damarından ard-arda bir neçə iynə vurulduğu zaman vəfat edib. Səadət Abbasovanın dediyinə görə, xəstəxanaya çatanda anasının qan təzyiqi düşməyə başlayıb. Rentgen etmək üçün aldıqları otaqda anasının ürək xəstəsi olduğunu bildirdikləri halda, həkimlər xəstəyə sistem köçürmək üçün damarından ard-arda bir neçə iynə vurublar və elə iynələrin altındaca xəstə keçinib.

Tarix
2013.12.05 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla