Yuxarı

Nazirlik Oğuzda baxış keçirdi: 15 baş donuzu...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin ilk günlərindən başlayaraq, Dövlət Baytarlıq Xidməti yerlərdə “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a bildirilib ki, Gürcüstan Respublikasında insanlar arasında donuz qripinin (A-H1N1 tipi) sürətlə yayılma və bu xəstəliyin insanlar vasitəsi ilə donuzlara ötürülmə ehtimalını nəzər alaraq ölkəmizin donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır.

Belə tədbirlərdən biri də Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən Oğuz şəhər sakini Toskoynov Qeorqiyə məxsus 31 baş donuz saxlanılan təsərrüfatda icra edilib. Baytar mütəxəssisləri heyvanlara baxış keçirib, 15 baş donuzu qarayara xəstəliyinə qarşı peyvənd edərək, 85 kvadratmetr sahədə dezinfeksiya aparıblar.

Dövlət Baytarlıq Xidməti bildirib ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Tarix
2019.01.10 / 12:13
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla