Yuxarı

Dəhşətli xəstəliyin müalicəsi tapıldı - Yeni vaksin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ebola qızdırmasının törədicisi olan virusun hazırda beş ştammı məlumdur. Bu ştammların müalicəsi üçün vaksinlərin bir neçə növü işlənib hazırlanıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Texas Universitetinin tədqiqatçıları universal МВР134 virusunu yaradıblar. İki anticismin kokteyli olan bu vaksin ölümsaçan infeksiyanın bütün formalarının müalicəsində səmərəlidir.

Vaksin insanabənzər primatlar və safsarlar üzərində uğurla sınaqdan keçirilib. Onlara çəkilərinin hər bir kiloqramı üçün 25 milliqram hesabı ilə bir inyeksiya yeridilib. Ebolanın Bundibuqe, Sudan, habelə 2013-2016-cı illərdə Qərbi Afrikada tüğyan etmiş və hələ də Konqo Respublikasında davam edən epidemiyanı doğuran ölümcül Zair ştammları tədqiqatların obyekti olub.

Alimlər ümid bəsləyirlər ki, onların əldə etdikləri МВР134 vaksini bütün sınaqlardan keçəndən və istehsalata buraxılandan sonra bu təhlükəli xəstəliyin mümkün yeni ştammlarının müalicəsində də eyni dərəcədə səmərəli olacaq. Ebolanın aid olduğu filoviruslara qarşı mübarizəyə yönəldilən hər bir səy, xüsusilə bu fəsilənin əvvəllər barəsində heç bir məlumat olmayan virusunun bu yaxınlarda kəşfi öz bəhrəsini verəcək.

Tarix
2019.01.14 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla