Yuxarı

Qarın yağmaması xəstəlikləri artırır? - Professor açıqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarın yağması qış fəsli üçün xarakterik olsa da, artıq bir neçə ildir ki, paytaxt Bakı qar üzünə həsrət qalıb. İki gün ərzində soyuq hava və sulu qar müşahidə edildi, lakin paytaxta yenə də ciddi miqdarda qar yağmadı. Son illər qış fəsli nisbətən sakit keçir və hətta bəzən bayırda yaz havası olur. Buna rəğmən, insanların əksəriyyəti qrip, soyuqdəymə kimi müxtəlif xəstəliklərdən əziyyət çəkir. Mütəxəssislər hesab edirlər ki, belə xəstəliklərin səbəbi soyuq hava yox, qar yağmaması səbəbindən virusların yayılmasıdır.

Qar havada və quruda olan zərərli mikrobları məhv etməklə yanaşı, torpaqdakı kalsium, dəmir kimi mineralları həll edərək, bitkilərin qidalanmasını təmin edir. Qar əridikdə tərkibindəki ammonyak torpağa hopur, bu isə bitkilərin azot ehtiyacını qarşılayır.

Əksər mütəxəssislər bildirirlər ki, şimal ölkələrində yaşayan insanların sağlam olmasına səbəb qış aylarında oraya qarın çox yağmasıdır. Mütəxəssislər isti ölkələrdə, xüsusilə Afrika qitəsində xəstəlik və müxtəlif virusların daha çox yayılmasını sözügedən yerlərə qarın düşməməsi ilə əlaqələndirirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da soyuqdəymə, qrip kimi xəstəliklərin yayılmasının əsas səbəbini qarın yağmaması ilə izah edir. Bu barədə Axar.az-a danışan professor bildirib ki, qarın yağmamasına, qışın öz xarakterinə uyğun keçməməsinə görə insanlar müxtəlif problemlər yaşayır:

“Son illər həm qlobal istiləşmə, həm də kainatda gedən proseslərlə bağlı ayrı-ayrı yerlərdə iqlim dəyişiklikləri müşahidə edilir. Fəsillər də iqlimə uyğun getmir. Belə olan halda müxtəlif xəstəliklərin baş qaldırması təbiidir. Son vaxtlar qrip, soyuqdəymə kimi xəstəliklərin artmasına səbəb qarın yağmaması, havanın iqlim normasına uyğun olmaması, bir gün isti, bir gün soyuq olduğu üçün insanların geyimlərini düzgün seçə bilməməsidir”.

Tarix
2019.01.18 / 15:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla