Yuxarı

Gürcüstandan xəstəlik gəldi: günah kimdədir? - Pediatr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün kifayət qədər peyvəndsiz uşaq var. Səbəb isə valideynlərin könüllü olaraq peyvənddən imtina etməsidir. Bunun "faydasını" indi görürük.

Axar.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev son günlər ölkədə qızılca xəstəliyinin yayılması barədə danışarkən bildirib. Pediatrın sözlərinə görə, mart-aprel aylarında 18 yaşdan yuxarı əhali qrupunu peyvəndləməyin planlaşdırılmasına səbəb bu yaş kontingentinin vaxtında peyvənd olunmamasıdır:

"Rəsmilər qızılcanın ölkəmizə gəlməsində Avropa ölkələrini, Gürcüstanı günahlandırır. Mart-aprel aylarında 18 yaşdan yuxarı əhali qrupunun peyvəndlənməsi məntiqlə bu yaş kontingentinin zamanında peyvənd olunmamasıdır. Dünyanın hər yerində tur vaksinasiya ya epidemiya vaxtı, ya da epidemiya təhlükəsi yarananda aparılır.

Hər hansı bir xəstəliyə görə əhalini təşvişə salmaq olmaz. Amma həqiqəti də demək lazımdır. Bizdə peyvənd məsələsi rəsmilərin dediyi kimi deyil. Kifayət qədər peyvəndsiz uşaq var. Səbəb isə valideynlərin peyvənddən imtina etməsidir. Bunun "faydasını" da indi, qızılca xəstəliyi yayılan zaman görürük".

V.Qarayevin sözlərinə görə, dəfələrlə deyilib və deyilir ki, peyvənd məsələsini mətbuat daim diqqətdə saxlamalıdır:

"TV-lərdə mütəmadi sosial çarxlar verilməlidir, ancaq etmirlər. Bizdə antivaksinator ordusu var. Əksəriyyət mahiyyəti anlamadan bu kampaniyaya qoşulub".

Xatırladaq ki, son bir ay ərzində əhalinin hər yaş qrupu arasında qızılca xəstəliyi yayılıb.

Tarix
2019.01.19 / 11:01
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla