Yuxarı

Ölkədə yayılan xəstəlik: Onu məxmərəkdən necə ayıraq?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir müddətdir respublikada həm uşaqlar, həm də müxtəlif yaş təbəqəsindən olan insanlar arasında qızılca xəstəliyinin yayıldığı müşahidə edilir. Pediatrların sözlərinə görə, əhalinin xəstəliklə bağlı məlumatsız olması onun müalicəsində də gecikmələrə səbəb olur.

Məsələ ilə bağlı Axar.az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, valideynlər bəzən qızılca ilə məxmərək xəstəliyini səhv salırlar:

“Qızılcanın gedişatında mərhələlilik var. Qızdırma yüksək, səpkilər çox olur, ciddi ağırlaşmalar müşahidə edilir.

Məxmərək isə yüngül gedişatlıdır, səpki elementləri zəngin olmur, nadir hallarda ağırlaşmalar olur, insan daha tez sağalır.

Şübhəli hallarda qızılca törədicisi laborator yoxlanılır, yoxlanılmalıdır da. Çünki qızılca keçirən xəstələrdə güclü immunitet yaranır. Yəni xəstə qızılca keçirib-keçirmədiyini dəqiq bilməlidir”.

Bu iki xəstəliyi bir-birindən fərqləndirən digər özəlliklər aşağıdakılardır:

Qızılca - kəskin yoluxucu virus xəstəliyidir. Bütün yaşlarda özünü göstərə bilər. 1 yaşdan 4-5 yaşa qədər uşaqlarda isə daha çox müşahidə edilir.

Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır.

Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur, lakin xarici mühitə virus ifraz edir. Səpkinin 4-cü günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini itirir. Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiya olmasına baxmayaraq, xarici mühitdə davamsızdır. Belə ki, infeksiyanın əşyalar və üçüncü şəxsdən keçməsi mümkün deyil.

Xəstəlik sağaldıqdan sonra xəstənin ümumi vəziyyəti yaxşılaşır, ancaq hələ də bir müddət yorğunluq, ümumi halsızlıq, yuxu pozğunluğu qeydə alına bilər.

Qızılcanı böyüklər uşaqlardan daha ağır keçirir.

Məxmərək - səpkilər, qızdırma və limfa düyünlərinin böyüməsinı səbəb olan bir infeksiyadır. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5-10 mm olan) şəklində səpkilər əmələ gəlir. 2-3 gündən sonra səpkilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar.

Xəstəliyin müalicəsi ev şəraitində aparılır. Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür. Ümumi sağalma 14-21 gün çəkir. Məxmərək xəstəliyindən sonra insan orqanizmində heç bir fəsad qalmır. Müalicə zamanı heç bir spesifik dərman preparatlarından istifadə olunmur. Müvafiq tələbat yarandığı halda, həkim tərəfindən vitaminlər, zökəm və öskürəyə qarşı dərmanlar təyin edilə bilər.

Sağlam insan bu xəstəliyə xəstə insanın asqırması və öskürməsi zamanı havaya səpilən viruslardan yoluxa bilər.

Tarix
2019.01.23 / 01:29
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla