Yuxarı

Jurnalisti Nazimi ölümcül hala salan həkim müalicə edəcək

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədənində 7 şiş olduğu aşkar edilən tanınmış jurnalist Tahirə Məmmədqızını müğənni Faytonçu Nazimi yanlış əməliyyat edərək ölümcül vəziyyətə salan cərrah Elman Əzimov əməliyyat edəcək.

Axar.az xəbər verir ki, bu barədə jurnalist özü Medicina.az-a açıqlamasında bildirib. O qeyd edib ki, televiziya verilişlərinin birində xəstəliyi ilə bağlı danışdıqdan sonra cərrah Elman Əzimov özü ona zəng edib.

T.Məmmədqızı E.Əzimovun Faytonçu Nazimin vəziyyətinin ağırlaşmasına səbəb olan həkim olduğunu bilsə də, onun təklifini rədd etməyib:

“Verilişdə xəstəlikdən söz düşdü, açıqladım. Ondan sonra mənə cərrah Elman Əzimov zəng etdi ki, mən səni təmənnasız müayinə və əməliyyat edəcəyəm, gözləmə, gəl. Bu o Elman Əzimovdur ki, Faytonçu Nazimin əməliyyatı ilə bağlı gündəmə gəlmişdi, haqqında çox şeylər yazılmışdı.

Amma hamı bilir ki, mən o məsələdə həkimin işini araşdıranda, onunla yaxından tanış oldum, gördüm ki, bu həkim deyilən kimi deyil, çox bilikli və elmi işləri olan cərrahdır. O həkimi müdafiə etdiyimə görə məni çox qınadılar. Amma bu gun ona güvənirəm”.

Xatırladaq ki, jurnalist T.Məmmədqızıda 7 şiş aşkarlanıb. Şişlərin bəd, yoxsa xoşxassəli olduğu analiz cavablarından sonra məlum olacaq.

Tarix
2019.01.31 / 10:36
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla