Yuxarı

Xəstəliklər bu yolla müəyyən ediləcək – Azərbaycanda yenilik

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti aqrar sahədə innovasiyaların tətbiqi və texnologiyaların transferi ilə bağlı əməkdaşlıq haqqında razılığa gəliblər.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində bitki xəstəliklərinin şəkillər vasitəsilə avtomatlaşdırılmış şəkildə müəyyən edilməsi və müalicəsinin həyata keçirilməsi ilə əlaqədar startap layihəsinin reallaşdırılması nəzərdə tutulur.

Startap layihəsində xəstəliyə yoluxmuş bitkilərin şəkilləri çəkilərək mobil tətbiq vasitəsilə serverə ötürülür. Daha sonra sistem tərəfindən xəstəliyin növü, xəstəliyə qarşı mübarizə tədbirləri və müalicə metodları anında istifadəçiyə təqdim edilir.

Qeyd etmək lazımdır ki, bu tip mobil tətbiqlər üzərində dünyanın bir çox inkişaf etmiş ölkələrində işlər aparılır.

Proqramın sınaq versiyasının təqdimatı 2019-cu ilin fevral ayının sonuna planlaşdırılıb.

Tarix
2019.02.03 / 17:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla