Yuxarı

Azərbaycanda quş qripi monitorinqi: nəticələr açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanvarın 14-dən 18-dək ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.

Agentlikdən Axar.az-a verilən məlumata görə, AQTA və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.

Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanmaqla, seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 32 baş çöl quşunun patoloji materialları və qeyd edilən rayonlarda yerləşən ailə təsərrüfatlarından alınan 271 baş müxtəlif növ ev quşunun qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin nəticəsində yüksək patogenli quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.

Tarix
2019.02.05 / 11:29
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla