Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Aprel 2019


Qrip virusu Rusiyanı cənginə aldı: 43 region təhlükədə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrip virusu Rusiyanın artıq 43 regionunu bürüyüb. Xəstəliyin yayılması barədə son məlumatlar “Rospotrebnadzor”da səsləndirilib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, qurumun məlumatına görə, bu gün xəstəliyə yoluxanların sayının artması səbəbindən Samara vilayətində və Kirovda məktəblər bağlanılıb, Şimali Osetiyada və Xantı-Mansiysk mahalında karantin müddəti daha bir həftə uzadılıb.

Bryanskın, Voronejin və Tomsk vilayətinin tibb və təhsil müəssisələrində xüsusi rejim tətbiq olunub. “Rospotrebnadzor”un başçısı Anna Popova bildirib ki, hazırda Rusiyanın bütün ərazisi üzrə 2,5 min məktəb və təxminən min uşaq bağçasının fəaliyyəti müvəqqəti dayandırılıb.

Məlumatlara əsasən, ötən həftə virus infeksiyaları və qrip ölkənin bir sıra regionlarını əhatə edib. Xəstəlik təkcə Şimalda yayılmayıb. Belə ki, Stavropolda həkimə yardım üçün 7 mindən artıq insan müraciət edib. “Rossiya 24” telekanalı xəbər verir ki, meriyadan məktəblilərin dərsə yalnız gələn həftənin əvvəllərində qayıda biləcəklərini deyiblər.

Moskvada xəstəliyə yoluxma dərəcəsi hələ ki, epidemiya həddindən təxminən 20 faiz aşağıdır. “Rospotrebnadzor”da qeyd ediblər ki, paytaxt sakinlərinin yarısından çoxu qrip əleyhinə peyvənd etdiriblər. Sankt-Peterburqda yoluxma artıq epidemiya həddini ötüb keçib. Risk qrupunda olanlar 3 yaşından yuxarı uşaqlardır.

Rusiyanın baş sanitar həkimi maksimal yoluxma həddinin təxminən iki dəfə ötüb keçdiyi qeydə alınan beş regionun adını çəkib. Anna Popovanın sözlərinə görə, bu regionlara Buryatiya, Yakutiya, Xakasiya, Altay diyarı və Sverdlovsk vilayəti aiddir.

Tarix
2019.02.06 / 19:27
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Quduzluğun müalicəsi yoxdur – Həkimdən SOS

Gündə 2 saat planşetə baxan uşaqlarda...

Hüseyn xəstəxanada niyə 40 gün saxlanılmır?

Nazirlikdən əhaliyə xəbərdarlıq: Ehtiyatlı olun!

Boyumuz niyə qısalır? - Səbəblər açıqlandı

Evdə gül yetişdirmək səhhətə necə təsir edir?

Qıdıqlanmaq insanı öldürə bilərmi? - Nevropatoloq

Bəzi geyimlər sağalmaz xəstəliklər yaradır - Video

Sağlamlıq üçün etdikləriniz əslində... - Onkoloqdan şok

Uşaqlara bu sözləri demək qəti qadağandır

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla