Yuxarı

Qadın abort zamanı dünyasını dəyişdi - Yeniləndi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:38

Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib.

Report-un xəbərinə görə, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun İnçə kəndində yaşayan Astara sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib.

Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.

***

Göyçay rayonunda abort zamanı dünyasını dəyişən qadının şəxsiyyəti məlum olub.

Bu, Astara rayon sakini, 28 yaşlı Nurlanə Əliyevadır.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov açıqlamasında qadının ağır vəziyyətdə tibb müəssisəsinə gətirildiyini deyib: "Nurlanə Əliyeva xəstəxanaya daxil olarkən hamiləliyinin, təxminən, 15 həftəliyində olub. Ona xəstəxananın Doğum şöbəsində lazımi tibbi yardım göstərilib. Lakin kəskin qanaxması olduğundan həkimlər hamiləliyin sonlandırılması qərarını veriblər. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, bu, N.Əliyevanın üçüncü hamiləliyi olub və bundan əvvəl iki dəfə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirib. Qadın ailəsi ilə bir neçə gündür Göyçaya gəlibmiş, həyat yoldaşı da çobanlıq edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.02.12 / 18:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla