Yuxarı

Qarındakı piyləri əridən qidalar - Siyahı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"BMC Medicine" elmi jurnalı qarın nahiyəsindəki piylərdən qurtulmağa kömək edən qidaların siyahısını dərc edib.

Ölkə.az xəbər verir ki, tərkibində zülal çox olan qidalar piylərdən qurtulmağa kömək edir. Bu siyahıya yumurta və toyuğun döş əti, tuna balığı, badam, qara mərcimək daxildir. Bu qidalar maddələr mübadiləsini sürətləndirir və yeməyə olan həvəsi azaldır.

Alimlər qeyd edirlər ki, faydalı qida qəbul etməklə yanaşı, zərərli qidadan imtina etmək də lazımdır. Zülal yağları əridən molekullara görə faydalıdır. Amma onların sintez olunması üçün kifayət qədər kalori qəbul etmək vacibdir. Dietoloqlar eyni zamanda qidanın hazırlanmasına da diqqət çəkiblər.

Kaliforniya universitetinin alimləri isə qarın piyindən qurtulmaq istəyənlərə məsləhət görürlər ki, tərkibində doymuş yağ miqdarı az, sellüloz çox olan qidalara üstünlük versinlər. Belə qidalanma ürək-damar xəstəlikləri riskinin də azalmasına kömək edir.

Bunun üçün insanlar tərəvəz, meyvə, paxlalı bitkilər qəbulunu artırmalı, yağlı ət və un məmulatlarından imtina etməlidirlər.

Cənubi Koreya alimlərinin tədqiqatı zamanı məlum olub ki, qara düyü artıq çəki ilə mübarizə aparmağa kömək edir. Laboratoriyada sınaq siçanları üzərində təcrübə aparılıb. Eksperiment dövründə siçanları qara düyü ilə yemləyiblər. Məlum olub ki, qara düyü qara ciyərdə lipidlərin və piyin toplanmasının qarşısını alır. Bundan başqa qara düyü xolesterin miqdarını azaldır.

Tarix
2019.02.19 / 01:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla