Yuxarı

Valideynlərə bu qadağa stress yaradacaq – Psixoloq etiraz etdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə bir neçə ildir müzakirə olunan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu il yaz sessiyasında qəbul ediləcəyi bildirilib. Bu layihədə əksini tapan qanunlardan biri də valideynlərin uşaq doğulana kimi onun cinsiyyətini öyrənə bilməməsidir. Hələlik müzakirə mərhələsində olan qanuna bir çox insan etiraz edir.

Psixoloq Gülnar Orucova Axar.az-a açıqlamasında bu qanun layihəsinin valideynlərin psixologiyasına təsiri ilə bağlı danışıb. O bildirib ki, hər bir ata, ana övladının cinsiyyətini əvvəlcədən bilməlidir:

“Bu, onların psixoloji cəhətdən hazır olması üçün vacibdir. Valideynlər uşaq doğulana kimi onun cinsiyyətini bilməsə və doğulduqdan sonra qız olduğu üçün istəməsələr, ondan imtina edə bilərlər. Düzdür, bu, bütün valideynlərə aid deyil, lakin bu gün də cinsiyyətinə görə uşaqlar arasında ayrı-seçkilik edən şəxslər var.

Uşaq doğulduqdan sonra valideynlərin aqressiv münasibəti ilə üz-üzə qala bilər. Bu da tərk edilən uşaqların sayının artmasına səbəb olar. Buna görə uşağın cinsiyyətinin öncədən bilinməsi vacibdir. Çünki zaman keçdikcə, uşağın ürək döyüntülərini, atışlarını hiss etdikcə ona ailədə sevgi hissi yaranacaq. Həmçinin uşağın cinsiyyətinin qabaqcadan deyilməməsi valideynlərdə depressiya, stress yarada bilər”.

Psixoloq onu da vurğulayıb ki, qanun layihəsi abortların sayının və ölkədə oğlanlarla qızlar arasındakı say fərqinin azalmasına səbəb olacaq:

“Abortlara müraciəti əksər insanlar övladlarının cinsiyyəti qız olduğu üçün edir. Qanunun müsbət tərəfi budur ki, abortların sayı azalacaq. Bununla da cəmiyyətdə disbalans yaranmayacaq”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev Sputnik-ə açıqlamasında "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin bu ilin yaz sessiyasında, mart və aprel aylarında qüvvəyə minəcəyini bildirib.

Tarix
2019.02.19 / 01:25
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla