Yuxarı

Hər qidanın öz saatı var - Qrafik

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düzgün qidalanma gün ərzində yeyəcəyiniz ərzaqları həzm olma prinsipinə görə düzgün vaxtlarda bölüşdürmək deməkdir.

Səhərin qidası ayrı, axşamın yeməyi ayrıdır.

Axar.az Medicina.az-a istinadən hər ərzağın uyğun saatını təqdim edir.

Qəhvə

Bir fincan qəhvə ilə günə başlamaq filmlərdə gözəl görünə bilər, real həyatda isə sizə mədə yanğısı, qastrit, bağırsaq qıcıqlanmasından başqa bir şey verməyəcək.

Qəhvə axşamüstü və axşam, yuxudan 2-3 saat əvvəl içilə bilər. Bu günboyu yığılmış neqativi aradan qaldırıb, əhvalı düzəldəcək.

Yağlı ət

İstər quzu, qoyun, dana, donuz əti olsun, bunların həzmi üçün 4-5 saat lazımdır. Proteinlə zəngin qidalar günorta yeyilməlidir. Bu sizin iş gücünüzü də artırar. Axşam ət yemək yuxunu pozur.

Sıyıqlar

Bütün sıyıqlar, xüsusən yarma sıyıqları səhər yeyilməlidir. O, mədənin selikli qişasını örtür, müdafiə edir, turşuluqdan qoruyur.
Həmçinin orqanizmi faydalı elementlərlə təmin edir.

Yumurta

Gün ərzində toxluq hissi yaradır, deməli, səhərlər, ən geci günaşırı saat 11-12-də yeyilə bilər. Amma yaxşı olar ki, suda bişmiş yumurta yeyəsiz.

İsti şorbalar

Sovet dövründən nahara ilk olaraq şorba verilməsi yaxşı ənənədir. Amma dietoloqlar şorbanın axşam yeməyinə yeyilməsini məsləhət görür. Çünki bu sakitləşməyə, yaxşı yatmağa kömək edər. Həm də axşama şorba yemək piylənmə yaratmır. Amma axşama noxud, mərci, paxlalı şorba olmaz.

Sitrus meyvələri

Acqarına, səhər yemək qəti olmaz. Ən yaxşı qəbul saatı gündüz 11-12, 3-4 arasıdır.

Çörək

1 dilim səhər, bir dilim də günorta yemək bağırsaqlar üçün yaxşıdır, həm də enerji verir. Axşama isə qaba undan makaron, pasta yeyə bilərsiz.

Tərəvəzlər

Həm salatlar, həm qarnir kimi bişmiş tərəvəz günorta və axşam 6-a kimi yeyilə bilər. Səhər və gecə saatlarında tərəvəzlər məsləhət deyil.

Tarix
2019.03.20 / 02:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla