Yuxarı

Bəşəriyyət tarixində şok: İnsan 20 il cavanlaşdı - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər çoxdandır insan ömrünü uzatmaq üçün iş aparırlar. Onlar artıq hansı ərzaqları istifadə edəndə cavan qala biləcəyimizi müəyyənləşdiriblər. İndi genetik dəyişiklik növbəsidir.

Axar.az Bizimyol.info-ya istinadən xəbər verir ki, "BioViva” elmi-tibbi şirkətinin rəhbəri Elizabet Perriş cəsarətli addım atmaq qərarına gəlib. O, orqanizminin qocalma prosesini zəiflətmək və ya tam dayandırmaq üçün genlərinin dəyişdirilməsinə razı olub.

Orqanizmin qocalma prosesi xromosomların uc çıxıntılarının – telomerlərin kiçilməsi ilə başlayır. 2015-ci ildə Elizabetin bədəninə telomerin uzunluğunu artıracaq material yeritmişdilər. Alimlər düşünür ki, məhz bu yolla qocalmanı saxlamaq və orqanizmi cavanlaşdırmaq olar. Nəticənin ölümlə başa çatacaq qədər gözlənilməz ola biləcəyini anladığı halda Perriş elm naminə bununla razılaşdı.

Qadından hətta riskli inyeksiyaya razılığını bildirməklə bağlı videomüraciət hazırlamasını tələb etmişdilər. Prosedur Kolumbiyada keçirilmişdi. Çünki ABŞ-da insanlar üzərində təcrübələr qanunvericilik səviyyəsində qadağan edilib.

Bir müddət əvvəl eksperimentin ilk nəticələri məlum olub. Leykositlərin vəziyyəti, telomerin ölçüsü deyir ki, Elizabetin bioloji yaşı 20 il azalıb. Üstəlik, onun dərisi və saçları da yaxşılaşıb.

Əlbəttə, qocalma prosesi üzərində tam qələbə haqda danışmaq hələ tezdir. Amma yaşla bağlı və genetik xəstəliklərlə mübarizədə ilk addım atılıb.

Tarix
2019.03.22 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla