Yuxarı

Yüzlərlə xəstəxana nazirlikdən alındı: nə dəyişəcək?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sonunda Prezident İlham Əliyev icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinin həyata keçirilməsi məqsədiylə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin yaradılması barədə fərman verib. Fərmana əsasən, sığorta sistemiylə maliyyələşən səhiyyə müəssisələri TƏBİB-in tərkibinə keçməli idi. Fərmanın icrası olaraq, Novruz Məmmədovun qərarıyla bəzi səhiyyə müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxaraq, TƏBİB-in tabeliyinə keçirir.

Bunu Axar.az-a açıqlamasında Baş nazir Novruz Məmmədovun TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısını təsdiq edən sənədi imzalamasını şərh edən millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in yaranması səhiyyə sistemində islahatların çox mühüm tərkib hissəsini təşkil edir:

“Yəqin ki, artıq fərmanın icra mexanizmi də hökumət tərəfindən hazırlanıb. Əlbəttə, bütün ölkə icbari tibbi sığortaya keçsə, idarəetmə vahid sistemdə cəmləşməlidir. Yəni maliyyələşməni İcbari Tibbi Sığorta Agentliyi həyata keçirirsə, idarəetmə də onun tərkibində olsa, daha məqsədəuyğun olar. Belə olan halda həm operativlik, həm çeviklik, həm də nəzarət yüksək səviyyədə qurular. Bu səbəbdən bəzi müəssisələr TƏBİB-in tabeliyinə keçirilir.

Nazirliyin də tərkibində qalan müəssisələr var. Onların da fəaliyyəti əvvəlki qaydada büdcədən ayrılan maliyyə hesabına həyata keçiriləcək. Nazirliyin ümumi nəzarət funksiyası, eyni zamanda ölkənin səhiyyə siyasətinin işlənib hazırlanması, səhiyyə ilə bağlı beynəlxalq normaların Azərbaycanda tətbiq olunması funksiyaları yerində qalmaqdadır. Gələn ildən səhiyyəmizin maliyyələşməsi yeni metodla işləyəcək. Burada tibb xidmətinin həm əlçatanlığının asanlaşmasını, həm də keyfiyyətinin yüksəlməsini gözləyirik. Bu qərar həm də dövlət və özəl sektor arasında sağlam rəqabətin formalaşmasına, bu isə səhiyyənin daha yüksək sürətlə inkişafına gətirib çıxaracaq. Düşünürəm ki, bu qərar sosial həyatımıza müsbət təsir edən amil olacaq”.

Qeyd edək ki, Baş nazir bu gün “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib

Tarix
2019.04.18 / 15:51
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla