Yuxarı

Sağlamlıq üçün etdikləriniz əslində... - Onkoloqdan şok

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Publika.az-a istinadən braziliyalı onkoloq Paulo Ubiratanın sağlam həyat tərzi barədə yerli mətbuata verdiyi müsahibəsindən bir hissəni təqdim edir:

- Alkoqol istehlakını məhdudlaşdırmaq lazımdır?

- Ümumiyyətlə, hə. Amma unutmayın ki, hər bir şərab üzümdən, pivə dənli bitkilərdən hazırlanır. Distillə edilmiş şərab o deməkdir ki, maye giləmeyvələrdən çəkilir, bunun sayəsində onlar orqanizmə daha böyük fayda verəcək, nəinki meyvələri xam şəkildə yemək. Odur ki, özünüzü tamamilə məhdudlaşdırmayın.

- Sağlamlığımız qaydasındadırsa və gənc yaşdayıqsa, səhhətimizi necə qoruyaq?

- Mənim fəlsəfəm belədir: Əgər heç bir yerimiz ağrımırsa, xüsusi heç nə etməyin. İdman orqanizmə heç bir təsir göstərmir, əksinə idmanla peşəkar səviyyədə məşğul olmaq ona zərər verir. Əldə edilən tək amil həcmi artırılmış bədən əzələləridir.

Daimi gəzinti faydalı olsaydı, poçtalyonlar ölümsüz olardı. Dovşanlar dayanmadan qaçır və sıçrayır, ancaq 15 ildən çox yaşamır. Tısbağalar işləməsə və heç bir şey etməsə də, 450-500 il yaşaya bilir. Ancaq hər kəs deyir ki, məşqlər və fiziki aktivlik ömrü uzadır. Məsələn, ürəyə faydalıdır... Ürək müəyyən qədər döyüntülərə proqramlaşdırılıb. Ağır məşqlərlə onları itirməyin. Ürəyin resursu döyüntülərin istifadə üsulundan asılı olaraq başa çatacaq. Bu, sanki o deməkdir ki, avtomobili yüksək sürətlə sürməklə onun ömrünü uzada bilərsiniz. Çox yaşamaq istəyirsiniz? Nahardan sonra qısamüddətli yuxuya gedin.

- Ət sağlamlığımıza ziyan vurur?

- Dietoloqa etibar etməzdən əvvəl orqanizmin qidalanma mahiyyətini öyrənməyə çalışın. İnəklər nə yeyir? Ot və qarğıdalı. Bunlar bitkisəl qidalardır. Onların əti qarğıdalı və ot emalının nəticəsidir. Bu baxımdan hesab edirəm ki, bitkisəl qidaları orqanizmə “yükləməyin” ən yaxşı yolu rasiona bir tikə ət əlavə etməkdən keçir.

Tarix
2019.04.19 / 16:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla