Yuxarı

Evdə gül yetişdirmək səhhətə necə təsir edir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güllər təkcə estetik zövq predmeti deyil, həm də insan beyninin müalicəsində əvəzsiz rol oynayır.

Axar.az xəbər verir ki, bu qənaətə çiçəklərlə bağlı maraqlı araşdırma aparan Çin həkim və alimləri gəlib. Çin alimlərinin sözlərinə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir. Belə ki, novruzgülünün tərkibindəki qalantamin maddəsi alzeymer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağılkəmliyə, eləcə də beyin qan dövranının xroniki pozğuntularına faydalıdır. Bu maddə orqanizmdə asetilxolinin qatılığını artırır. Asetilxolin neyronlardan gələn məlumatların ötürülməsinə görə məsuliyyət daşıyır.

Qalantamin nərgiz gülünün tərkibində də mövcuddur. Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Hazırda bu amilin doğruluğu çinli mütəxəssislər arasında fəal şəkildə müzakirə edilir.

Sidney alimləri müəyyən ediblər ki, zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir. Lavanda isə qorxu hissini aradan qaldırır, yuxusuzluqdan xilas edir, eləcə də ağrı və aqressivliyi azaldır. Eyni xüsusiyyətlərə südləyən gülü də malikdir. O, həm də beyin hüceyrələrini qocalmaqdan qoruyur. Odur ki, həkimlər güllərdən tez-tez istifadə etməyi və evdə təbii güllər böyütməyi məsləhət görürlər.

Tarix
2019.04.20 / 18:26
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla