Yuxarı

“Azercell” ilə dünyanı daha yaxşı görün

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası” “Azercell”in dəstəyi ilə fəaliyyətini davam etdirir. Bakıda bir çox internat məktəblərinə, uşaq evlərinə, bölgələrdə məcburi köçkün ailələrinin məskunlaşdığı ərazilərə səfər edən klinika növbəti ödənişsiz göz müayinələrini Şirvan şəhər İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzində təşkil edib. Səfər çərçivəsində 30 uşaq müayinədən keçib.

Axar.az xəbər verir ki, klinikanın növbəti səfəri Qaradağ rayonuna təşkil edilib. Səfər zamanı Ümid qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrinin uşaqları klinikanın həkimləri tərəfindən müayinə olunub. 39 uşaq müayinədən keçib, onlara lazımi müalicələr təyin edilib, eynəklər paylanılıb.

Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell Telekom MMC-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Təşkil olunan müayinələrdən uşaqlarla yanaşı aztəminatlı ailələr, məcburi köçkünlər və ahıllar da yararlanır.

Ölkənin telekommunikasiya sahəsinin lideri "Azercell" sosial təşəbbüsləri və layihələri dəstəkləyən bir şirkət olaraq tanınır. Vurğulamaq istərdik ki, fəaliyyəti boyunca şirkət sosial layihələrə 19 milyon ABŞ dolları dəyərində sərmayə yatırıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz .

Tarix
2019.05.08 / 16:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla