Yuxarı

Uşaqlar üçün faydalı tətil necə olmalıdır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tətil vaxtları, əsasən, məktəb dövrünün məsuliyyətindən uzaqlaşmaq, rahatlamaq və gözəl zaman keçirmək olaraq başa düşülür. Fərqli planlar olsa da, əsasən, sonrakı günlərdə sıxılmaq və səmərəsiz işlərlə vaxt keçirməyə çevrilmək riski də daşıyır. Tətil bir fürsətdir, bu unudulmamalıdır. Ailələrin münasibətlərini və uşaqların inkişafını izləmək üçün vacib zaman aralığıdır.

Bir çox ailə məktəb dövründəki sıx rejimlə bağlı çətinliklərin tətildə azaldığını, uşaqlarının inkişafını müşahidə edir, tətildə uşaqları üçün faydalı sistem yaratmaqda, üstəlik, bunu idarə etməkdə çətinlik çəkirlər. Bəzi ailələr uşaqlarının məktəb dövründəki kimi dərs çalışmasını gözləyərkən, bəziləri isə sərbəstliyinə icazə verirlər.

Axar.az Bağçam.az-a istinadən tətil üçün bir sıra tövsiyələri təqdim edir:

* Tətil, xüsusən də oxumaq-yazmaq bilən uşaqlar üçün yeni informasiyalar əldə etməyin qapılarını açır. Bütün uşaqlar bu dövrdə sistemli şəkildə kitab oxumalıdır. Hər gün rahat olduqları bir vaxtı kitab oxumağa ayırmaq lazımdır.

* Maraqlandıqları mövzuları, dünyagörüşlərini, ifadə bacarığını bu üsulla inkişaf etdirə bilərlər. Bundan əlavə, muzeylər, incəsənət qalereyalarına getmək, yeni yerlər görmək üçün səyahətlər təşkil etmək olar.

* Tramvay, təyyarə, gəmi kimi az istifadə etdikləri nəqliyyat vasitələri ilə səyahət etmək onlar üçün fərqli baxış bucağı kəşf etməyə kömək edəcək. Səyahət üçün planlanan yerlərin tarixi və təbii xüsusiyyətləri araşdırılaraq dünyagörüşü üçün yeni baza formalaşdıra bilər.

* İdman yazın ən önəmli ünsürlərindəndir. Standart həyatın içində artan texnologiya bağlılığı uşaqları idmandan uzaqlaşdırır. Hər ailə övladının müəyyən idman növündə uğurlu olmasını istəyər. Yaş periodları və maraqlarına görə seçdikləri idman növü də dəyişir.

* Məktəbəqədər yaş dövrü üçün uşaqları olan ailələrin ev daxili/xarici edəcəkləri çoxlu maraqlı işlər də var, əlbəttə. Günlük həyatın məsuliyyətlərindən olan ev işlərinə kömək etmək əyləncəli hala gətirilə bilər. Bərabər övladınızın otağını səliqəyə sala bilərsiniz; gələcək il istifadə edilməyəcək əşyaları ayırmaq və ehtiyacı olan uşaqlar üçün kənara qoymaq buna misal göstərilə bilər. Hətta bu əşyaların ehtiyacı olan uşaqlara çatdırılmasında övladınız da iştirak edə bilər.

* Uşaqlar bir müddət sonra heç nə etmək istəmirlər. Bu müddət ərzində ailə böyüklərini və qohumları ziyarət etmək uşaqlara müsbət təsir edəcək.

Tarix
2019.06.10 / 01:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla