Yuxarı

"Neftçi"nin baş məşqçisi xərçəngə qalib gəldi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi"nin baş məşqçisi xərçəngə qalib gəldi

"Neftçi" futbol komandasının baş məşqçisi Roberto Bordin xərçəng xəstəliyinə qalib gəlib.

Report-un məlumatına görə, bu barədə "Sportevai" nəşrində italiyalı mütəxəssis barədə dərc olunmuş yazıda bildirilir. Qeyd olunur ki, 1996-1997 mövsümündə "Napoli"də çıxış etdiyi vaxt Bordinin qalxanabənzər vəzisində şiş aşkarlanıb. Bu səbəbdən, 54 yaşlı mütəxəssis karyerasına fasilə verməli olub.

Xoşbəxtlikdən, həmin şiş xoşxassəli olub və Bordin əməliyyat nəticəsində xərçəngə qalib gəlib. Artıq 3 ay sonra - 1996-cı ilin noyabrında meydana qayıdan Bordin komandası ilə İtaliya Kubokunun finalçısı olub.

Yazıda o da vurğulanır ki, italiyalı sabiq futbolçu 1993-cü ildə "Napoli"yə həmin vaxt komandanın baş məşqçisi olmuş Marçello Lippinin istəyi ilə transfer olunub. Daha sonra o, komandanın kapitanlığına qədər yüksəlib.

Hazırda isə Bordinin iki oğlunun İtaliyada yaşadığı, özünün isə rusiyalı yeni həyat yoldaşı və balaca qızı ilə birgə Bakıda qaldığı vurğulanır.

Qeyd edək ki, Roberto Bordin "Neftçi"yə 2018-ci il iyunun 8-də baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında flaqman ötən mövsümü gümüş medalla başa vurub.

Tarix
2019.06.10 / 09:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla