Yuxarı

Məşhur alim sirri açdı: Qocalmaq istəmirsinizsə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı professor, məşhur səyahətçi və Rusiya Federasiyasının Hökuməti Mükafatının laureatı Nikolay Drozdov 81 yaşı olmasına baxmayaraq, gənc və sağlam görünür.

Sağlam həyat tərzini təbliğ edən professor çoxlu sayəhət edir və çalışır.

Publika.az bu yazıda Nikolay Drozdovun 10 həyat qaydasını təqdim edir:

1. Devizim: “Həyat pozitivdir”. Hər işin müsbət tərəflərini görməyə çalışıram. Həyata çəhrayı eynəklərdən baxmaq lazım deyil, sadəcə hər insanın ətrafına müsbət tərəfdən baxmaq bacarığı olmalıdır.

2. Artıq 37 ildir ət yemirəm. Hindistanda yoqa ilə maraqlanmağa başladım və vegetarian oldum. Vegetarianizm həyat mövqeyimdir, bu yol bir şəxs üçün çox doğrudır, çünki mədə effektiv şəkildə bitkisəl qidalar yeməyə adaptasiya edilir, heyvan ətlərini həzm etmək üçün böyük miqdarda enerji sərf olunur. Naharım naminə heyvanların öldürülmədiyini biləndə özümü daha sakit hiss edirəm.

3. Əsas hədəfim: siqaret çəkməmək! Evdə içi spritli içki ilə doldurulmuş şüşə qabları yoxdur. Bütün ailəmiz sağlam həyat tərzi sürür.

4. Müəllimim akademik Yuri Petroviç Quşkodur. Onun “Uzunömürlülük seyfinin 12 açarı” kitabı hər kəs üçün faydalıdır.

5. Hər səhər bütün əzələ qrupları üçün 1 saat məşq edirəm.

6. Səhər yeməyindən yarım saat əvvəl 2 stəkan ilıq və ya az duzlu su için. Bu akademik İvan Pavloviç Neumuvakinin tövsiyəsidir. Səhər məşqindən sonra yulaf və ya qarğıdalı püresi hazırlayın, ona bal, quru ərik və ya qara gavalı əlavə edə bilərsiniz.

7. Yaxşı əhval-ruhiyyənin zəmanəti - gecə xəbərlərini seyr etməyin. Yuxu rejiminə diqqət edirəm. Gecə 12-ə qədər yatağa gedirəm, saat zəng çalmadan beş, altıda yuxudan oyanıram.

8. Təbiətin insan əli dəyməyən, sivilizasiyadan uzaq 3 yer var ki, orada yenilənirəm. Bu - Kamçatka, Baykal gölü və Altay dağlarıdır.

9. İnsanları sevmək lazımdır. Yalnız sevgi vasitəsilə başqa insanın çatışmazlıqlarına üstün gəlmək olar.

10. Yaşlanma prosesini dayandıran 3 müddəa kəşf etdim. Gülmək, mahnı oxumaq və rəqs etmək.

Tarix
2019.06.17 / 18:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla