Yuxarı

Adil Mirseyid ölüm ayağındadır – Dərd

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adil Mirseyid ölüm ayağındadır – Dərd

Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Mirseyid ölüm ayağındadır.

Bu barədə "Azxeber.com"a açıqlamasında şairin oğlu Ayaz Baxışov deyib: "2011-ci ilin sentyabr ayında atam getdikcə arıqlamağa başladı və yorğan-döşəyə düşdü. Həkimlər artıq gecikdiyimizi və atamın qaraciyər serrozundan əziyyət çəkdiyini dedilər. İndi də yataqda yatır. Hər 3 aydan bir müalicə alan zaman vəziyyəti nisbətən düzəlir. Artıq imkanımız tükənib. Həkimlər müalicənin şərt olduğunu deyirlər. Atamı müalicə etdirmək üçün pul tapa bilmirik, bizə kömək lazımdır".

Adil Mirseyid düşdüyü ağır vəziyyətdən çıxış üçün Heydər Əliyev Fonduna və digər müvafiq dövlət qurumlarına səslənərək yardım istəyib.

Qeyd edək ki, Adil Mirseyid "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir.

O, Rəsul Rza mükafatının laureatıdır. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.

İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.

Tarix
2013.12.11 / 01:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla