Yuxarı

Limonun daha bir faydası...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Limonun daha bir faydası...

Limon və onun şirəsi qaraciyərin və digər orqanların işinə müsbət təsir göstərir.

Axar.az xəbər verir ki, ekspertlər bu qənaətə gəliblər.

Xalq təbabətində limon müxtəlif xəstəliklərdən xilas olmağın əsas çarəsi hesab edilir. Buna görə də müxtəlif dərman vasitələrinin hazırlanması zamanı immuniteti artırmaq, mədə və qaraciyər xəstəliklərini aradan qaldırmaq üçün çox vaxt limon cövhərindən istifadə edirlər.

Limonun tərkibindəki vitaminlər və minerallar orqanizmin infeksiyalara qarşı müqavimət qabiliyyətini artırmaq üçün immuniteti bərpa edir. O, toksinləri və xolesterini xaric edir, qaraciyərdə mübadilə proseslərini sürətləndirir.

Limon şirəsi qaraciyərdə mürəkkəb zülalları parçalayan fermentlər yaradır. Limon qaraciyərin sanki süzgəcdən keçirdiyi qanı durulaşdırır. Qaraciyərin işində nasazlıq yarandıqda qan laxtalanır və tromblar yaranır. Mütəxəssislər limonu ət və balıq xörəklərinə ətirli ədva kimi qatmağı, limonun mətindən və şirəsindən isə bişintilər üçün içlik kimi istifadə etməyi məsləhət görürlər.

Səhərlər limonlu çay əvəzinə bir stəkan limonlu su içməyi məsləhət görürlər. Bu, bütün orqanizmi gümrahlaşdırır, piy toxumalarının parçalanması prosesini sürətləndirir.

Tarix
2019.07.23 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla