Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Avqust 2019


İtalyan həkimlərdən inanılmaz əməliyyat: 69 yaşlı xəstə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Lenyano şəhərində neyrocərrahlar pasiyentin hipnoz vəziyyətində və anesteziya tətbiq edilmədən onun beynində əməliyyat aparıblar. “Corriere della Sera” nəşrinin yazdığına görə, bu metod həmin xəstəxananın tarixində ilk dəfə tətbiq edilib, ümumiyyətlə hazırda neyrocərrahiyyədə bu qəbildən üç əməliyyat aparılması məlumdur.

Azərtac xəbər verir ki, 69 yaşlı Pyero de Bernardi velosipeddən yıxılandan sonra onun kəlləsinin sağ tərəfində hematoma yarandığı üçün o, ayağını və sol əlini tərpədə bilmirdi. Bu şəxs mama işləyən qızının məsləhəti ilə klinik eksperimental hipnozun sınaqdan keçirilməsinə razılıq verib. Əməliyyat uğurlu olub və indi Pyero de Bernardi yenə yeriyə bilir.

Turində İtaliya Klinik-Eksperimental Hipnoz Mərkəzində təlim keçmiş neyrocərrah Andrea Çividini deyib:

“Mən Karl Qustav Yunqun əsərlərini oxuyandan sonra hipnozu öyrənməyə başladım. Bu fizioloji vəziyyətin üstünlüyü ondan ibarətdir ki, şüur yox olur və şey qeyri-şüuri vəziyyətdən asılı olur. Mən pasiyenti təhlükəsiz və salamat yerə qaytardım. Bizim hər birimizin orqanizmində bu cür yer var. Yaddaş ağrını hissi etməmək qabiliyyətini inkişaf etdirə bilir”.

Çividininin həmkarları əvvəlcə bu yeni metoda şübhə ilə yanaşırdılar, lakin indi onların şübhələri yox olub. Həkimlər gələcəkdə də müvafiq əməliyyatlıar zamanı hipnozun tətbiq edilməsini planlaşdırırlar.

Tarix
2019.08.03 / 15:07
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Əsəbiləşəndə sakitləşməyin ən sadə yolu

Yanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsulları

Bu xəstələr isti havada çölə çıxmasın, yoxsa... – Həkim

Arıçı sirləri açdı: Təbii bal neçəyədir?

Üzüm qabığının inanılmaz faydası: Xərçəngin qarşısını alır

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların - Siyahısı

Siqareti tərgidəndə nə baş verir? - Video

Ağlamağın faydaları nələrdir? – Psixoloq

Uşaqlarda kökəlmənin qarşısını necə alaq? - Video

Axşam yeməyi zamanı buna diqqət edin - Video

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla