Yuxarı

Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı

"Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov və idarənin əməkdaşı Ramin Qocayevin dəvəti ilə prokurorluğa getdim və orada görüşümüz oldu".

Bu barədə jurnalist Anar Niftəliyev məlumat verib. Onun sözlərinə görə, Baş prokurora etdiyi müraciətlə əlaqədar keçirilən bu görüşdə şikayəti dinlənilib:

"Həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həkim terroru nəticəsində ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işinin istintaqının ləng getməsi, zərərçəkən kimi istintaqa verdiyim iddialarla bağlı istintaq hərəkətlərinin yubadılması, həmçinin məndə olan qeyri-rəsmi məlumatlar haqqında danışdım".

A.Niftəliyev qeyd edib ki, N.Abbasov bu cinayət işinin şəxsən Baş prokuror Zakir Qaralovun nəzarətində olduğu və bununla bağlı xüsusi tapşırıq verdiyi barədə onu məlumatlandırıblar:

"Sabahdan başlayaraq, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsində istintaq materiallarının araşdırılacağı və zəruri addımlar atılacağını bildirdilər".

Xatırladaq ki, tənqidçi Elnarə Tofiqqızı 20 sentyabr 2013-cü ildə "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişib, 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb.

Tarix
2013.12.12 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla