Yuxarı

Yumurta qabığının orqanizmə - Faydası

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yumurta qabığının orqanizmə - Faydası

Yumurta qabığı orqanizm tərəfindən asanlıqla həzm edilən zəngin kalsium mənbəyidir. Maddələr mübadiləsinin ən geniş yayılmış problemlərindən biri əsasən sümükləri kövrəldən kalsium çatışmazlığıdır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, adi toyuq yumurtası qabığında olan kalsium orqanizmdə ən müasir preparatlarda olandan daha asan mənimsənilir.

Yumurtanın tərkibində 27 faydalı element var. Bir ədəd yumurta qabığından təxminən 1 çay qaşığı toz əldə etmək mümkündür. Həmin tozun yeməyə qarışdırılıb qəbul edilməsi çox faydalıdır. Yumurta qabığı dəriyə sığallı görkəm verir və şəffaflıq bəxş edir, dırnaq və saçları möhkəmləndirir, diş əti qanamalarını azaldır, yuxusuzluğun qarşısını alır.

Yumurta qabığı əziləndən sonra yumurta ilə qarışdırılaraq üzə çəkilir, quruyandan sonra ilıq su ilə yuyulur.

Çaydan ərp bağlayarkən və qazanın dibini yağ tutarkən təmizlik vasitəsi kimi də ondan istifadə etmək olar.

Yumurta qabıqları bir parça torbaya qoyulur və ağ paltarlar yuyularkən onun paltaryuyan maşına atılması ağ paltarları bəmbəyaz edir.

Hətta dibçək bitkilərinin dibinə tökdükdə onları qurumağa qoymur. Yumurta tozu gübrə kimi bitkilərin dibinə töküləndə ziyanvericiləri məhv edir. Ancaq onu da nəzərə almaq lazımdır ki, kalsiumun çox qəbul edilməsi əzələ tutulmasına səbəb olur, təzyiqi qaldırır, ürək döyüntülərini artırır. Zülalla zəngin yumurta qabığının çoxlu faydası olduğu kimi zərərli xüsusiyyətləri də var.

Tarix
2019.08.09 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla