Yuxarı

Bu xəstələr isti havada çölə çıxmasın, yoxsa... – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu xəstələr isti havada çölə çıxmasın, yoxsa... – Həkim

Həddindən artıq isti və nəmli havalar ürək-damar, ürək çatışmazlığı və yüksək təzyiqli şəxslərdə infarkt riskinin artmasına səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu türkiyəli kardioloq Onur Ərdoğmuş deyib. Onun sözlərinə görə, xüsusilə ciddi ürək xəstələri isti havalarda diqqətli olmalıdır:

“İsti hava xüsusilə ürək-damar sistemi üçün ziyanlıdır. İstidə damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gəlir. Bütün bunlar ürək tutması, insult və infarkt riskini xeyli artırır. İsti hava vücudda su və duzun itirilməsinə səbəb olur ki, bu da xəstələrin orqanizminin zəifləməsinə gətirib çıxarır.

Yay aylarında istinin təsiri ilə ürək bədəndəki temperaturu tənzimləmək üçün daha çox çalışır və bu da ürək xəstələrində bəzi ciddi narahatlıqlar yaradır. Xüsusilə, bu, yaşı 50-dən yuxarı olan insanlara, siqaret çəkənlərə, artıq çəki və piylənmədən əziyyət çəkənlərə, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlara daha çox təsir edir. Belə xəstələr günəşin ən qızmar vaxtlarında çölə çıxmamalı, gün ərzində çoxlu su içməli, yağlı, duzlu və ətli yeməklərdən uzaq durmalıdır”.

Tarix
2019.08.17 / 14:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla