Yuxarı

Yüksək təzyiq: əlamətlər və səbəblər...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yüksək təzyiq: əlamətlər və səbəblər...

Xəstələrin illərlə arterial təzyiqi yüksək ola bilər, amma bundan xəbərləri olmaya bilər. Çünki xəstəliyin simptomları üzə çıxmaya bilər.

Axar.az Tibb.az-a istinadən xəbər verir ki, nəzarət olunmayan hipertenziya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Arterial təzyiq sizin ürəyinizin vurduğu qanın həcmi və arteriyalarınızın rezistentliyi ilə təyin olunur. Ürəyiniz nə qədər çox qan vurursa və damarlarınız nə qədər dardırsa təzyiqiniz o qədər yüksək olur. Yüksək təzyiq demək olar ki, hər kəsi zədələyə bilir. Lakin xoşbəxtlikdən asanlıqla diaqnozu qoyulur və dərmanlar vasitəsi ilə idarə edilə bilir.

Əlamətlər

Xəstəlik bəzən simptomsuz keçir, bəzən də kəskin baş ağrıları, burundan qanaxmalar, başgicəllənmələr ilə keçir.

Həkimə nə zaman getməli

20 yaşından yuxarı şəxslərin iki ildən bir arterial təzyiqlərini müayinə etməkləri gərəkdir. Təzyiqi adətən əczaxanalarda və ya poliklinikalarda müayinə etdirmək olar.Əgər hipertenziya diaqnozu qoyulmuşsa bundan sonra təzyiqinizi daha tez-tez müayinə etdirməli və təzyiqinizi həkimin məsləhət gördüyü dərmanlarla idarə etməyə çalışmalısınız.

Səbəblər

Xəstəliyin iki növü var.

İlkin hipertenziya

90-95% hallarda səbəbləri aydınlaşdırmaq olmur. İllər boyu yavaş-yavaş inkişaf edir.

İkincili hipertenziya

5-10 % hallarda isə xəstəliyə aşağıdakı hallar səbəb olur. Bu tip hipertenziyalar ikincili adlanır. Qəfil başlanır və təzyiq yüksək rəqəmlərə çatır. Səbəblər əsasən aşağıdakılardır:

- Böyrək xəstəlikləri

- Böyrəküstü vəzi şişləri

- Ürək qüsürları

- Bəzi dərmanlar: hamiləlik əleyhinə, soyuqlama əleyhinə,ağrıkəsicilər.

- İlleqal dərmanlar, kokain, amfetaminlər.

Tarix
2019.11.09 / 01:56
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla