Yuxarı

Yanıq xəsarəti zamanı kartof, krem qəti olmaz – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər rayonunda ikisi uşaq olmaqla, üç nəfər qaynar suyun dağılması səbəbindən yanıq xəsarətləri alıb. 32 yaşlı ana 3 və 5 yaşlarında olan uşaqları ilə birgə aşağı ətrafların ikinci və üçüncü dərəcəli termik yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Azyaşlı uşaqların olduğu evlərdə əksər hallarda yaşanan belə hadisələrə qarşı valideynlərin bir çoxu ilkin tibbi yardım kimi nə etməli olduğunu bilmir. Bu da yanıq dərəcəsənin və ağrının daha da ağırlaşmasına səbəb olur.

Bəs bu kimi hallar qarşısında ilkin olaraq hansı addım atılmalıdır?

Pediatr Vaqif Qarayev Axar.az-a açıqlamasında bildirib ki, yanıq zamanı hər kəs ilk olaraq soyuducuda olan müxtəlif kremləri, kartofu, diş pastasını yara nahiyəsinə çəkir:

“Bu isə qətiyyən doğru deyil. Belə halda həkim ilkin baxışda yanığın dərəcəsini təyin edə bilməyəcək. Həkim gələnədək uşağın əynindəki paltarların bədənə yapışmayan hissələrini kəsib çıxarmaq lazımdır. Yapışan hissələrə isə əl vurmaq olmaz. Yanıq sahəsini soyuq suyun altında tutmaq lazımdır. Bu zaman həm ağrı azalacaq, həm yanıq dərinləşməyəcək. “Pantenol” adlı sprey var, hər evdə olsa yaxşıdır. Yanıq xəsarəti zamanı ilkin yardım üçün əla vasitədir”.

Tarix
2019.11.21 / 14:48
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla