Yuxarı

Çiçək tozcuqlarının faydaları nələrdir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çiçək tozcuqlarının faydaları nələrdir?

Tozcuqlar əsəb sisteminə yaxşı təsir göstərir, ürəyin fəaliyyətini normallaşdırır və mədə-bağırsaq sistemini, ağ və qara ciyərlərin, böyrəklərin, daxili vəzilərin sekresiyasının işini stimullaşdırır.

Axar.az xəbər verir ki, btkilərin tozcuqları öz tərkibinə görə nadir qida məhsulu və bir çox xəstəliklərin müalicəsində və proflaktikasında universal təsirə malik dərman vasitəsidir. Məlumdur ki, bütün xəstəliklər üçün vahid və yüksək səmərəli dərman yoxdur və ola da bilməz. Lakin elə dərmanlar var ki, onu bir çox xəstəliklərdə müvəffəqiyyətlə istifadə etmək olar. Çiçək tozları belə dərmanlardandır. Təcrübi olaraq elə bir xəstəlik yoxdur ki, həmin xəstəlikdə çiçək tozu, bu və ya başqa dərəcədə faydalı olmasın.

Çiçək tozcuqları bizim və başqa ölkələrin farmokoloqları tərəfindən yaxşı öyrənilib və onların müalicəvi əhəmiyyəti də klinistlər tərəfindən yoxlanılıb. Formokoloqlar və klinistlər çiçək tozcuqlarının böyük profilaktik və müalicəvi əhəmiyyətə malik olduğunu təsdiq ediblər. Tozcuqlar təcrübi olaraq orqanizm üçün zərərsizdir (zərərli bitkilərin tozcuqlarından başqa).

Aparılmış çoxlu miqdarda tədqiqatlar tozcuqların qəbulunun yüksək səmərəli olduğunu aşağıdakı xəstəliklərdə sübut etmişdir: ürək – damar sistemi xəstəliklərində, hipertoniyada, qanazlığı və ağ qanlılıq xəstəliklərində (qan əmələgətirən vasitə kimi), mərkəzi əsəb və endokrin sistemlərinin xəstəliklərində.

Bitkilərin tozcuqları mədə –bağırsaq iltihabında, iştahanın artırılmasında, bağırsaqların fəaliyyətinin tənzimlənməsində, xüsusilə də xroniki qəbizlikdə yaxşı təsir göstərir. Uşaq xəstəliklərinin profilaktika və müalicəsində tozcuqlar yaxşı nəticə verir. Tozcuqlar orqanizmin qocalmasına mane olur. Kosmetikada da onlardan geniş istifadə olunur. Arılar bitkilərin tozcuqlarını toplayır, mürəkkəb fermentizasiyasından keçirib bal ilə qarışdırıb özlərinə yem hazırlayırlar ki, bu yemsiz arı ailəsi yaşaya bilmir. Çiçək tozcuqlarında yüksək aktivliyə malik olan antibiotiklər vardır ki, bunların sayəsində onlar min illər mühafizə olunub qalır.

Təcrübə göstərir ki, müalicə bitkiləri toplandığı kimi çiçəklərin də tozcuqlarının toplanmasını (yığılmasını) təşkil etmək olar və bəzi ölkələrdə bu müvəffəqiyyətlə həyata keçirilir.

Hipertoniya xəstəliyinin başlanğıcında çiçək tozcuqlarının bal ilə 1:1 və ya 1:2 nisbətində qəbul etmək faydalıdır.

Tarix
2019.12.03 / 02:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla