Yuxarı

Tələbəni öldürən “toksik zəhərlənmə” nədir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbəni öldürən “toksik zəhərlənmə” nədir?

“Toksik zəhərlənmə” o deməkdir ki, bədənə haradansa zəhər daxil olub. Ancaq konkret şəkildə açıqlanmalıdır ki, toksik zəhərlənmə nədən baş verib. Yəni bu, ilan zəhəri də, başqa texniki zəhər də ola bilər.

Bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla Bakı Dövlət Universitetinin 3 qız tələbəsinin universitetin yataqxanasında zəhərlənməsi və birinin dünyasını dəyişməsi barədə AQTA sədrinin açıqlamasına münasibət bildirərkən deyib.

A.Qeybulla bildirib ki, əgər tələbələr qidadan zəhərlənməyibsə, onların konkret olaraq nədən zəhərləndiyi aydınlaşdırılmalıdır:

“Qidadan zəhərlənmə baş verməyibsə və ölümə səbəb kimi toksik zəhərlənmə göstərilirsə, bu toksik maddənin nə olduğu açıqlanmalıdır. İnanmıram ki, bu, ekspertiza rəyidir. Çünki belə qeyri-müəyyən ekspertiza rəyi olmur.

Ümumiyyətlə, zəhərlənmənin özü toksinin bədənə daxil olmasından sonra baş verir. Toksik zəhərlənmə nədənsə - məlum olmayan hansısa maddədən, hansısa zəhərdən zəhərlənmə deməkdir. Onsuz da zəhərlənmələr toksinlərdən olur. Toksik zəhərlənməyə çox şey daxildir axı. Ona görə dəqiq fikir bildirmək üçün ekspertizanın rəyini gözləmək lazımdır”.

Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli BDU yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında tələbinin ölümünün qidadan deyil, toksik zəhərlənmədən olduğunu bildirib.

Tarix
2019.12.05 / 11:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla