Yuxarı

Bədən hərarətini aşağı salan təbii vasitələr...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bədən hərarətini aşağı salan təbii vasitələr...

Bədən hərarətinin yüksəlməsi immun sisteminin güclü olduğundan xəbər verir. Onun dərman və digər vasitələrlə aşağı salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədir. Mütəxəssislərin fikrincə, ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçmədikdə dərman qəbul etməyə ehtiyac yoxdur. Qızdırma orqanizmin infeksiya ilə mübarizəyə başladığını göstərir.

Axar.az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun Azərtac-a verdiyi məlumata görə, bədən hərarəti yüksələndə onu normaya salmaq üçün bir sıra vasitələrdən istifadə etmək olar: “Hərarətin aşağı salınması üçün ilk olaraq xəstənin əynində qalın geyim varsa, onu çıxarmaq lazımdır. Həkimlər məsləhət görürlər ki, 1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq xeyirlidir. Amma xəstə qızdırmadan titrəyirsə, onu ovxalamaq olmaz”.

Onun dediyinə görə, qızdırmanı aşağı salmaq üçün daha təsirli təbii üsullar da var və onlardan biri də moruq mürəbbəsidir: “Moruğun təsiredici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asitelisil turşusunun, yəni təbii aspirinin olması ilə əlaqədardır.

Hərarəti salmaq üçün ən yaxşı vasitələrdən biri də portağaldır. 4 dilim portağalın şirəsi sıxılaraq üzərinə 50 milliqram su əlavə edilir və dərhal içilir. Həmin qarışığı gündə 3-4 dəfə qəbul etmək olar.

Temperaturu aşağı salan daha bir vasitə bədənin damarlar keçən hissələrinə, yəni ayaq, qol və büküş hissələrinə, alın və boyuna ilıq suda isladılmış dəsmalın qoyulmasıdır”.

Tarix
2020.01.17 / 02:04
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla