Yuxarı

Bakıda bir gündə 40 nəfər zəhərlənib? – Rəsmi açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bir gündə 40 nəfər zəhərlənib? – Rəsmi açıqlama

Bakıda bir gündə 40 nəfərin dəm qazından kütləvi zəhərlənərək 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi ilə bağlı bəzi saytlarda yayılan məlumat yalandır.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlqmasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. Baş həkim bildirib ki, müəyyən maraqlı şəxslər cəmiyyətdə ajiotaj yaratmaq üçün yalan məlumatlar yayır:

"Bildirmək istəyirəm ki, dünən toksikologiya şöbəsinə Bakının ayrı-ayrı ərazilərindən fərdi qaydada ümumilikdə 14 nəfər dəm qazından zəhərlənmə ilə gətirilib. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib, ambulator yardımdan sonra hamısı evə buraxılıb. Dünən Bakıda heç bir kütləvi zəhərlənmə baş verməyib. Bəziləri yalan məlumatlar yaymaqla nəyəsə nail olmaq istəyirlər".

Xatırladaq ki, bəzi saytlarda dünən Bakıda dəm qazından kütləvi zəhərlənmə olması və nəticədə 40 nəfərin 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi barədə məlumat yayılıb.

Tarix
2020.01.26 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla