Yuxarı

Çində koronavirusdan ölənlərin sayı 2 mini ötdü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində koronavirusdan ölənlərin sayı 2 mini ötdü

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 74 min 279, bu virus səbəbindən ölənlər isə 2007 nəfərə çatıb.

Axar.az xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 5 min 248 nəfər, sağalıb xəstəxananı tərk edənlərin sayı 14 min 387 nəfərdir, 12 minə yaxın xəstənin vəziyyəti ağırdır. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 574 min nəfəri müəyyən edib, onlardan 135 mini həkim nəzarətinə alınıb.

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (1693 nəfər) və ölüm (132 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika və Misirdə 900-dən çox yoluxma halı qeydə alınıb. Çinin hüdudlarından kənarda - Filippin, Yaponiya və Fransada ölüm faktı qeydə alınıb.

Tarix
2020.02.19 / 09:07
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla